Skip to main content

Posts

Showing posts from September, 2025

Elektrikin Tarixi

  Hər bir ümumbəşər kəşflər kimi elektrikdə müəyyən bir tarixdə deyil, zamanla insanlara dahada aydın olmağa başlamışdır. Elektrikin tarixi insanlığın enerjini anlaması və idarə etməsi üçün etdiyi bir sıra kəşf və inkişaflardan ibarətdir. Elektrik enerjisinin bugünkü halına gəlib çıxması min illər boyu davam edən müşahidələr, təcrübələr və texnoloji yeniliklərin nəticəsidir. “Elektrik” sözü qədim Yunan dilindəki “elektron” (ἤλεκτρον) sözündən yaranmışdır və bu söz kəhrəba  (ing. Amber)  mənasını verir. Kəhrəba – ağac qatranının fosilləşmiş formasıdır və qədim dövrlərdən bəri diqqətçəkən xüsusiyyətlərə malik olduğu üçün insanların marağına səbəb olmuşdur. Aralıq dənizi ətrafındakı qədim mədəniyyətlərə, kəhrəba kimi bəzi əşyaların pişik kürkünə sürtünülərək lələk kimi yüngül obyektləri hərəkət oluna biləcəyi məlum idi. Bu fenomen statik elektrik olaraq bilinən ilk elektrik hadisələrindən biridir. Elektrikin mövcudluğu ilk dəfə təbiət hadisələrində müşahidə olunub. Şimşək, i...